Rusiyanın Ukraynaya hücumları 74-cü günündə də davam edir. Rusiya qüvvələri Luqansk vilayətində bir məktəbi bombalayıb.
Ukraynanın Luqansk vilayətinin qubernatoru Sergey Qayday Biloqorivka kəndindəki məktəbin vurulması nəticəsində dağıdıldığını, məktəbin bunkerində olan 60 nəfərin ölə biləcəyini açıqlayıb.
"Mayın 7-də Biloqorivka kənd məktəbinə hava hücumu nəticəsindən bina dağılıb və yanğın baş verib. Yanğın 4 saatdan sonra söndürülüb. 7-si yaralı olmaqla 30 nəfər dağıntılar altından çıxarılıb. Çox güman ki, dağıntılar altında olan 60 nəfər həlak olub”. – qubernator Qayday Telegram hesabında yazıb.
Tahir TAĞIYEV