Avropa İttifaqı Rusiyaya qarşı 6-cı sanksiyalar paketini açıqlayıb. Paketdə Rusiya neftinin Avropaya idxalının qadağan edilməsi də yer alır. Bu barədə Avropa Komissiyasının sədri Ursula fon Der Leyen açıqlama verib.
Paket qəbul olunarsa, Rusiya neftinin Avropaya idxalına qadağa qoyulacaq. Von Der Leyen xam neft alışlarının 6 ay ərzində, emal olunmuş neft məhsullarının isə ilin sonuna qədər tamamilə dayandırılacağını açıqlayıb.
Aİ Komissiyasının sədri bəyan edib ki, Rusiyanın iri bankları, o cümlədən Sberbank da SWIFT sistemindən çıxarılacaq. Beləliklə, Rusiyanın qlobal ödəniş sistemindən tamamilə ayrılacağı bildirilib.
Rusiya televiziyalarının Avropada yayımı da qadağan edilib. Təklifin qəbulu üçün Aİ-nin 27 üzvünün razılığı lazımdır.
Qeyd edək ki, Qeyd edək ki, Rusiyadan neft və qaz alışını dayandırmaq üçün danışıqlar aparan Avropa Birliyi ölkələrinin energetika nazirləri bu məsələdə konsensusa gəlməkdə çətinlik çəkirdilər. Macarıstan və Slovakiya neft embarqosuna qarşı çıxır.
Tahir TAĞIYEV