ABŞ prezidenti Co Bayden Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlama verib. Bayden açıqlamasında “Rusiya üçün bu müharibə strateji itkidir” deyib və Konqresdən Ukrayna üçün əlavə büdcə istəyib.
Rusiya hərbi birləşmələrinin böyük çətinlik içində olduğunu deyən Bayden bildirib: "Rusiya üçün bu müharibə strateji itkidir. Biz Ukraynaya 3 milyard dollardan çox silah yardımı etdik. Ukraynaya kömək etdik. Bunu etməsəydik (ruslar) gəlməyə davam edəcəkdilər. Keçən həftə Konqreslə görüşdüm. Əlavə büdcə istədim. ABŞ-ın müharibənin ön xəttində Ukraynaya birbaşa yardım göstərə bilməsi üçün dəstək istədim. Ukrayna xalqına kömək etmək üçün Konqresdən bu büdcəni tez bir zamanda təsdiqləyəcəyini gözləyirəm. Müharibəyə qarşı dayanmasaq, nəticələri daha ağır olar”.
Tahir TAĞIYEV