ABŞ kəşfiyyatı Putinin Ukrayna ilə bağlı gizli planını deşifrə etdi - Ruslar üç bölgələri ilhaq edəcəklər

img

Rusiya ilə Ukrayna arasında müharibə 69-cu gündür davam edir. İki ölkənin döyüşlərdə itkilərinin sayı hələlik tam məlum olmasa da, müharibənin dəyəri milyardlarla dollarla ölçülür.

ABŞ kəşfiyyatı sonunun necə olacağı qeyri-müəyyən olan müharibədə ciddi müqavimətlə qarşılaşan Rusiyanın yeni strategiyası ilə bağlı diqqət çəkən iddia ilə çıxış edib.

“Washington Post” qəzeti kəşfiyyat mənbələrinə əsaslanaraq yazıb ki, Moskva bir neçə gün ərzində qismən separatçı qüvvələrin nəzarətində olan şərqdəki Donetsk və Luqanskı, işğalın əvvəlində ələ keçirdiyi cənubdakı Xerson şəhərini ilhaq edəcək.

ABŞ-ın Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı səfiri Maykl Karpenter bildirib ki, kəşfiyyat məlumatları Rusiyanın üç bölgəni ilhaq etməyə hazırlaşdığını ortaya qoyur. Karpenter bəyan edib ki, bu ayın ortalarında bu üç bölgənin Ukraynadan ayrılaraq Rusiyaya birləşməsi üçün referendumlar keçiriləcək. ABŞ rəsmisi qeyd edib ki, Rusiyanın bu planı uğurlu olmaya bilər.

Qeyd edək ki, bundan əvvəl Ukrayna prezidenti Zelenki Rusiyanın ölkənin şərqində referenduma hazırlaşdığını bildirmişdi.

Ötən ayın əvvəlində paytaxt Kiyevdən geri çəkilərək qüvvələrini Ukraynanın şərqindəki Donbasda cəmləşdirən Rusiya burada böyük hücuma başşlayıb. Bölgədə toqquşmaların şiddətləndiyi bir vaxtda Rusiya ötən ay strateji əhəmiyyətə malik Mariupol şəhərini nəzarətə götürdüyünü elan edib.

Rusiyanın 2014-cü ildə Ukraynanın Krımı ilhaq etməsi beynəlxalq ictimaiyyətdə böyük etirazlara səbəb olub. Rusiya prezidenti Vladimir Putin fevralın 24-də başlayan işğaldan əvvəl Luqansk və Donetsk xalq respublikalarının birtərəfli müstəqillik qərarını tanıyıb.

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər