Ermənistanın paytaxtı İrəvanda hakimiyyət əleyhinə aksiya keçirilir. Etirazçılar “Həmrəylik”, “Nikol satqındır” şüarları səsləndirir, vətəndaşları aksiyaya qoşulmağa çağırırlar.
Ermənistan polisi isə müxalifətçiləri saxlamağa başlayıb. Məlumatlara görə, polis aralarında müxalifətin tanınmış fəalları da olmaqla 100-ə yaxın şəxsi saxlayıb. Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryanın da saxlandığı bildirilir.