Bu yaxınlarda Avropa paytaxtlarını hədəf alan nüvə xəritəsini yayımlayan Rusiyanın dövlət televiziyası “Rossiya 1” indi bir ölkəni xəritədən silə biləcək silahların simulyasiyasını ekranlara gətirib.
Jurnalist Dmitri Kiselyov robot sualtı sistemi “Poseidon”un "İngiltərəni dənizin dərinliklərinə batıra biləcəyini" iddia edib.
İngiltərənin nüvə silahı ilə "məhv edilə biləcəyi" ifadələrini işlədən Kiselyov, "Niyə onlar kiçik bir ada olduqları halda böyük Rusiyanı nüvə silahı ilə hədələyirlər?" – deyə sual edib.
Kiselyov daha sonra sözlərinə belə davam edib: "Ada o qədər kiçikdir ki, bir “Sarmat” raketi onu əbədi olaraq boğmağa kifayət edir. Rusiyanın "Sarmat" raketi dünyanın ən güclü raketidir; Texas və ya İngiltərə böyüklüyündə bir ərazini məhv edə bilər. Bir atışla Boris və İngiltərə yox olar".
Tahir TAĞIYEV