ABŞ-da nəşr olunan “Foreign Policy” jurnalı ABŞ prezidenti Co Baydenin müharibə strategiyasını dəyərləndirib. Vaşinqtonun Ukrayna müharibəsi ilə bağlı siyasətindəki “risklərə” diqqət çəkilən məqalədə Baydenin addımlarının Ukraynadakı müharibəni qlobal müharibəyə çevirə biləcəyini bildirilir.
Baydenin Rusiyanı zəiflətmək strategiyasının Ukrayna müharibəsini qlobal müharibəyə çevirə biləcəyinə diqqət çəkilən məqalədə Baydenin əvvəlcə NATO və ABŞ-ı birbaşa münaqişəyə cəlb etməməkdən ehtiyatlı davrandığı, lakin son vaxtlar Rusiyaya qarşı daha sərt mövqe tutduğu bildirilib.
Məqalədə Baydenin Ukraynaya dəstəyin Rusiyanın təcavüzünü cəzalandırmaq və gələcək münaqişə risqini azaltmaq məqsədi daşıdığı barədə sözlərinə yer verilib.
Məqalədə ABŞ və Qərb müttəfiqlərinin bəzi qırmızı xətləri keçə biləcəyi bildirilib. Baydenin Vaşinqtonun Moskva ilə nüvə müharibəsindən yayınma siyasətini arxa plana keçirə biləcəyi ilə bağlı narahatlıq dilə gətirilir.
Xəbərdarlıq edilib ki, küncə sıxılmış ruslar nüvə silahına əl ata bilərlər, bu halda hamı uduzacaq və “geri dönüşü olmayan hadisələr” baş verəcək.
Tahir TAĞIYEV