Rusiya Xarici İşlər Nazirliyinin Silahlara Nəzarət Departamentinin rəhbəri Vladimir Yermakov ABŞ-la strateji sabitliyə dair dialoqun dondurulduğunu, lakin Rusiyanın Ukraynadakı əməliyyatları başa çatdıqdan sonra yenidən bərpa edilə biləcəyini deib.
Yermakov danışıqlarda ABŞ tərəfinin bir-birinə zidd mövqe sərgilədiyini və danışıqların dondurulduğuna deyib: “Bu gündən etibarən belə görünür ki, ABŞ-la strateji sabitlik mövzusunda danışıqların mümkünlüyündən danışa bilməyəcəyik. Təəssüf ki, Vaşinqtonun bütün hərəkətləri bir-birinə ziddir. Strateji dialoq ümumi fikir üçün vacibdir. Hazırda belə bir dialoq ABŞ tərəfində rəsmi olaraq “dondurulub”, - deyə o bildirib.
Danışıqlara yenidən qayıtmağın mümkün olub-olmamasına gəlincə Yermakov deyib ki, yalnız xüsusi hərbi əməliyyat çərçivəsində qarşıya qoyulan bütün tapşırıqlar yerinə yetirildikdən sonra, strateji gündəmə dair Rusiya-ABŞ danışıqlar prosesinə qayıtmaq mümkün olacaq.
Tahir TAĞIYEV