Ukrayna prezidenti Zelenski Rusiya ilə Ukrayna arasında 2 aydan artıqdır davam edən müharibə ilə bağlı açıqlamalar verib.
Zelenski Mariupol və Buçada dinc əhalinin qətliamına işarə edərək, deyib ki, danışıqların tam dayanmaq risqi var: "Hər hansı bir müzakirənin tamamilə dayandırılması məsələsində böyük risqləri var. Bu, Rusiya ordusunun girdiyi yerlərdə baş verənlərlə bağlıdır. Mariupol və Buçada baş verənlərə görə insanlar onları öldürmək istəyir. Belə bir mühitdə danışmaq asan deyil".
İki ölkənin nümayəndə heyətlərinin müxtəlif səviyyələrdə onlayn görüşdüyünü bildirən Zelenski, "Yalnız bir aktyorun oynadığı siyasi teatr tamaşasında iştirak etmək istəmirik. Rusiya tərəfi əvvəlcə məhbus mübadiləsinin olacağını təsdiqləyir, amma sonra bu baş vermir" deyib.
Bu problemlərin həlli üçün iki liderin birbaşa görüşməsi gərəkdiyini bildirən Zelenski deyib ki, Rusiyada hər şeyə bir adam qərar verir.
Tahir TAĞIYEV