ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya hücumları ilə bağlı yeni açıqlama verib. Bayden Konqresdən rus oliqarxlarının aktivlərinin müsadirə edilməsi və Ukrayna xalqına yardım məqsədilə istifadə edilməsi üçün icazə istəyib.
"Oliqarxlar Rusiyanın siyasi korrupsiyasının bir hissəsidir. Onlar pis insanlardır. Biz onların dəbdəbəli evlərini, yaxtalarını və digər əmlaklarını müsadirə edəcəyik. Konqresin icazə ilə oliqarxların əl qoyulduqdan sonra satılan aktivlərindən əldə olunan vəsaitlər Ukraynaya yardım üçün istifadə oluna bilər" – Bayden deyib
ABŞ dövlət katibi Blinken isə bildirib ki, Rusiya oliqarxlarının aktivləri ilə yanaşı, Rusiya Mərkəzi Bankının dondurulmuş vəsaitləri də müsadirə olunaraq Ukrayna üçün istifadə oluna bilər.
Blinken, "Rusiya oliqarxlarının aktivlərinin, yaxtalarının, villalarının və bank hesablarının müsadirə edilməsindən danışırıq. Bu prinsipi qəbul etsək, bu, dövlət aktivlərinə də şamil oluna bilərmi? Çünki Rusiya Mərkəzi Bankına məxsus çox böyük məbləğdə pul dondurulub” sualına “qısaca desək, bəli” deyə cavab verib.
Tahir TAĞIYEV