ABŞ prezidenti Co Bayden Konqresdən Ukraynaya hərbi, iqtisadi və humanitar yardım üçün 33 milyard dollar vəsait istəyib.
Ukraynanın 2 aydır Rusiyaya qarşı döyüşdüyünü və bunu bədəlinin ucuz olmadığını bildirən Bayden Konqresə bu məsələ ilə bağlı yeni tələblər göndərdiyini bildirib.
Daha əvvəl Konqresin Ukraynaya yardım üçün təsdiq etdiyi vəsaitin tükəndiyinə diqqət çəkən Bayden, bu gün 20,4 milyardı hərbi, 8,5 milyardı iqtisadi, 3 milyardı humanitar və 500 milyonu qida yardımı olmaqla əlavə 33 milyard dollar tələb etdiyini bildirib.
Tahir TAĞIYEV