Rusiya Ukraynanın paytaxtı Kiyevi yenidən vurub. Ukrayna mətbuatı Rusiyanın şəhərdəki böyük silah fabrikini vurduğunu yazıb.
Ancaq Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib ki, Rusiya yaşayış məntəqəsini vurub. Raketin Rusiyanın qeyri-qanuni ilhaq etdiyi Krımdan atıldığını bildirən Qeraşenko hücumda 6 nəfərin yaralandığı məlumatını paylaşıb.
Kiyev meri Vitali Kliçko partlayışdan sonra verdiyi açıqlamada Rusiyanın BMT-nin baş katibi Quterreş Kiyevdə olarkən hava hücumu təşkil etdiyini bildirib.
Ukrayna prezidenti Zelenskinin müşavirlərindən biri olan Mykhailo Podolyak isə tvitter hesabında yazıb: “Antonio Quterreşin rəsmi səfəri zamanı Kiyev şəhərinin mərkəzində raket hücumu həyata keçirilib. O, bir gün əvvəl Kremldə uzun masa arxasında oturmuşdu və bu gün başının üstündə bombalar partlayır”.
Rusiya Müdafiə Nazirliyi isə Ukraynada 6 silah və yanacaq anbarını raketlərlə vurularaq məhv edildiyini bəyan edib.
Tahir TAĞIYEV