Türkiyədə məktəblərdə maska tələbi ləğv edilib. Bunu Səhiyyə naziri Fahrettin Koca Twitter hesabından açıqlayıb.
Nazir məktəblərdə və digər qapalı yerlərdə maska məcburiyyətinin qaldırıldığını deyib.
Nazir Koca maskalı bir uşaq fotosunu da paylaşaraq "Xatirə şəkillərimizi çəkdirək. Məktəblərdə maska məcburiyyəti qaldırıldı" yazıb.
Tahir TAĞIYEV