Rusiyanın Tehrandakı səfirliyi “İranın Ukrayna müharibəsində istifadə etmək üçün Rusiyaya silah göndərməsi” iddialarına münasibət bildirib.
Səfirlik bəzi beynəlxalq media orqanlarında dərc olunan sözügedən xəbərlərin həqiqəti əks etdirmədiyini açıqlayıb.
"Bəzi mətbuat orqanlarında İranın Rusiyaya silah dəstəyi verməsi ilə bağlı xəbərlər əsassızdır və həqiqəti əks etdirmir" – səfirliyin Twitter hesabında bildirilir.
Qeyd edək ki, bəzi beynəlxalq mediada İranın Ukrayna müharibəsində istifadə edilmək üçün İraq üzərindən Rusiyaya İran istehsalı olan Bavar-373 müdafiə sistemi də daxil olmaqla silah göndərdiyi barədə xəbərlər dərc olunub.
Tahir TAĞIYEV