2014-cü ildə Krımın işğalından sonra Rusiyaya silah embarqosu tətbiq etməyə qərar verən Avropa Birliyinin (AB) qadağaya baxmayaraq Moskvaya yüz milyonlarla avro dəyərində silah satdığı ortaya çıxıb.
Britaniyanın “The Telegraph” qəzetinin iddiasına görə, Avropa ölkələri Rusiyaya qarşı silah embarqosunu pozub, Moskvaya əsasən Almaniya və Fransadan yüz milyonlarla avro dəyərində silah göndərilib.
2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra AB Moskvaya silah embarqosu tətbiq edib və üzv ölkələrin Rusiyaya silah satışına qadağa qoyulub. Qadağanın 2014-cü ildən əvvəl imzalanmış satış müqavilələrini əhatə etmədiyi və bu boşluqdan istifadə edən avropalı üzvlərin Rusiyaya yüz milyonlarla dollar dəyərində silah satdığı ortaya çıxıb.
Avropa İttifaqına üzv 10 ölkədən Moskvaya satılan silahların ümumi dəyərinin 350 milyon avroya çatdığı bildirilir.
Satışların 78 faizi Almaniya və Fransa şirkətləri tərəfindən həyata keçirilib. Fransanın Rusiyaya 152 milyon avro dəyərində silah yardımı etdiyi və Avropa Komissiyasının bu ay embarqoda hüquqi boşluğu aradan qaldırdığı xəbər verilir.
2015-2020-ci illər arasında Fransa və Almaniyanın, həmçinin İtaliya, Avstriya, Bolqarıstan, Çexiya və Böyük Britaniyanın Rusiyaya silah tədarük etdiyi bildirilir.
Alınan bombalar və raketlər də daxil olmaqla silahların Ukraynanın işğalında istifadə edildiyi güman edilir.
O da qeyd edilir ki, Avropa İttifaqı qaza görə Rusiyaya hər gün 1 milyard avro ödəyir.
Tahir TAĞIYEV