Yüksək rütbəli rus generalın Ukraynanın cənubunu işğal etməyi planlaşdırdıqlarını açıqlamasından bir gün keçməmiş Odessaya raket zərbələri endirilib.
Çoxmərtəbəli binanı vuran Rusiya raketləri ən azı 5 nəfərin ölümünə səbəb olub.
Rusiyalı general-mayor Rüstəm Minnekayev cümə günü bildirib ki, işğalçı ordu təkcə Ukraynanın şərqindəki Donbası deyil, həm də ölkənin bütün cənubunu ələ keçirməyi hədəfləyir. General Putinin 2014-cü ildə işğal etdiyi Krımla quru əlaqəsi yaratmaqla yanaşı, Moldovada rusiyayönlü separatçı Dnestryanı bölgəyə də koridor açacaqlarını bildirib.
Kremlin inkar etmədiyi yeni işğal planında ən mühüm nöqtə isə Ukraynanın liman şəhəri Odessadır. Odessa hücumu general Minnekayevin açıqlamasından bir gün keçməmiş baş verib.
Tahir TAĞIYEV