Rusiya Odessa yaxınlığındakı hərbi hava limanında ABŞ və Avropa ölkələrindən Ukraynaya göndərilən silahların olduğu anbarı vurub. Bu barədə açıqlama verən Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov anbarı uzaq mənzilli yüksək dəqiqlikli raketlərlə vurduqlarını bildirib.
Rusiya Müdafiə Nazirliyinin Milli İdarəetmə Mərkəzinin rəhbəri Mixail Mizintsev isə bildirib ki, Kiyev Rusiya ordusunu dünya ictimai rəyində nüfuzdan salmaq üçün təxribat hazırlayır.
Ukrayna Xüsusi Təyinatlı Qüvvələrinin Odessa limanında Rusiya hərbçilərini mülki obyektlərə hücumda ittiham etmək üçün zəhərli kimyəvi maddələrdən istifadə edərək təxribat planlaşdırdığını iddia edən Mizintsev deyib: "Ukrayna kəşfiyyatı Böyük Britaniya xüsusi xidmət orqanları ilə birlikdə Lisiçanskda daha bir provakasiya hazırlayır. Bu məqsədlə əvvəllər Buçadakı səhnəni foto və video ilə çəkmiş Ukrayna və Qərb mediasının nümayəndələri şəhərə gəliblər".
Tahir TAĞIYEV