Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinə müharibəyə son qoymaq üçün görüş təklif edib.
“Mariupolda xalqımız məhv edilsə, işğal olunmuş ərazilərdə qondarma referendumlar keçirilsə, Ukrayna istənilən danışıqlardan (Rusiya ilə) çəkiləcək” - Zelenski deyib.
Rusiyanın işğalının Ukrayna ilə məhdudlaşmayacağını bildirən Zelenski onların Moldovaya qədər dəhliz açacaqlarını deyib: “Onların minlərlə tankı və döyüş gəmisi var. Moldovaya qədər dəhliz açacaqlar. Onların dayanacaqlarına inanmıram.
Kimyəvi silahdan istifadəyə gəldikdə isə, bugünkü dünyada nüvə silahından istifadə etmək üçün real dünya ilə əlaqəni kəsməlisən. Rusiya real dünya ilə əlaqələrini kəsməyincə nüvə silahından istifadə etməyəcək”.
Tahir TAĞIYEV