Türkiyə Rusiyadan Suriyaya uçan təyyarələr üçün hava məkanını bağlayıb. Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verib.
“Ukrayna tərəfi bəzən şirkətləri qınayır, amma mən Türkiyəyə heç vaxt “niyə (sanksiyalara) qoşulmursan” deyə qınama olmadı. Bundan əlavə, Rusiyanın hərbi təyyarələri, hətta Suriyaya gedən mülki təyyarələr üçün də hava məkanını bağladıq. Üç aylıq izn verirdik. Onların aprelə qədər iznləri var idi. Mart ayında mən Moskvaya gedəndə Lavrova dedim, o, da Putinə deyəcəyini söylədi. Düşünürəm ki, səfərimdən bir gün sonra prezident Ərdoğan Putinə də dedi. Bir-iki gündən sonra cavab verdilər. Dedilər ki, “Putinin əmri var, daha uçmayacağıq”. Sonra uçuşlar dayandırıldı” – Çavuşoğlu deyib.
Tahir TAĞIYEV