Rusiyada bir qəzetdə Ukraynada həlak olan əsgərlərlə bağlı Rusiya Müdafiə Nazirliyinin etirafına yer verilib. Müharibə tərəfdarı olan qəzet tezliklə paylaşdığı yazını silib.
“Readovka” qəzeti Rusiya Müdafiə Nazirliyinin 13 min 414 əsgərin öldüyünü, 7 min əsgərin isə itkin düşdüyünü qəbul etdiyini bildirib. Qəzet paylaşdığı xəbəri qısa müddətdə silib.
Qəzet onu da yazıb ki, nazirlik Rusiyanın “Moskva” kreyserinin ekipajından 116 nəfərin həlak olduğunu təsdiqləyib. Təyyarədə olan 100 nəfərin də itkin düşdüyü bildirilir.
Tahir TAĞIYEV