Ukraniya prezidenti Zelenski Rusiya qüvvələrinin ələ keçirdiyi torpaqlardan ən azı 500 min ukraynalını zorla Rusiyaya apardıqlarını deyib. Zelenski bunu videokonfrans vasitəsilə Portuqaliya parlamentinə müraciətində deyib
"Rusiya işğalçıları artıq ən azı 500 min vətəndaşımızı işğal olunmuş ərazilərdən (Rusiyaya) çıxarıb. Bu deportasiyadır, keçmişin ən dəhşətli totalitar rejimlərinin etdikləridir…
Vətəndaşlarımızı Rusiyanın ucqar bölgələrinə səpələyirlər” – deyən Zelenskinin sözlərinə görə, deportasiya edilən ukraynalıların sənədləri müsadirə edilir.
Tahir TAĞIYEV