“Biz Ukraynaya sülh sənədinin layihəsini təqdim etmişik və cavab gözləyirik”. “Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
“Ukrayna tərəfi əvvəlki razılaşmalardan yayınır. Bu, danışıqlara mənfi təsir edir. Hazırda sənəd Ukrayna tərəfindədir. İndi “top onlardadır”, cavab gözləyirik. Cavabın nə vaxt veriləcəyi Ukraynadan asılıdır”, - o bildirib.
Rəsmi Kiyev Moskvanın sülh sənədi layihəsi ilə bağlı açıqlamasına münasibət bildirib. Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak həmin sənədin Ukraynanın təkliflərinə əks mövqedə olduğunu söyləyib.
"İndi biz həmin sənəddə qeyd olunanları öyrənəcək, müqayisə edəcək və nəticə çıxaracağıq. Biz İstanbul görüşü çərçivəsində qarşı tərəfə öz təkliflərimizi vermişdik. Həmçinin təhlükəsizlik təminatları ilə bağlı tələblərimizi də bildirmişdik”, - o bildirib.