Rusiya Ukrayna tərəfdə döyüşən iki İngiltərə vətəndaşını əsir götürüb. Rusiya dövlət televiziyası əsir götürülən iki ingilisi ekrana çıxarıb.
Adları Shaun Pinner və Aiden Eslin kimi tanınan britaniyalılar ötən həftələrdə saxlanılan rusiyayönlü ukraynalı siyasətçi Viktor Medvedçukla onların dəyişdirilməsini istədiklərini bildiriblər.
Ukrayna məxfi xidmətinin eyni vaxtda paylaşdığı videoda isə Viktor Medvedçuk Rusiya lideri Vladimir Putinə müraciət edərək Mariupolda əsir düşən ukraynalı əsgər və mülki şəxslərin onunla dəyişdirilməsini istəyib.
Tahir TAĞIYEV