Ukrayna bəyan edib ki, Rusiya Donetsk və Luqansk vilayətləri üzərində nəzarəti tam ələ keçirmək üçün bir müddətdir hazırlaşdığı döyüşlərə başlayıb.
Ukrayna Silahlı Qüvvələri Komandanlığı Rusiyanın ölkənin şərqində hücum əməliyyatına başlamasına dair əlamətlərin olduğunu bildirib.
Qeyd edilir ki, Rusiyanın əsas səyləri Donetsk və Luqansk vilayətlərinin üzərində tam nəzarəti ələ keçirmək və əvvəllər işğal olunmuş əraziləri saxlamağa yönəlib.
Ukrayna Prezidenti Zelenski də, Rusiya qoşunlarının uzun müddətdir hazırlaşdıqları Donbas uğrunda müharibəyə başladığın deyib: "Artıq rus qoşunlarının uzun müddətdir hazırlaşdıqları Donbas uğrunda müharibəyə başladıqlarını deyə bilərik. İndi Rusiya ordusunun əhəmiyyətli hissəsi bu hücuma cəmlənib. Oraya nə qədər rus əsgəri göndərirlərsə göndərsinlər, döyüşəcəyik. Özümüzü müdafiə edəcəyik. Bunu hər gün edəcəyik. Bunu hər gün edəcəyik. Ukraynaya aid heç nədən imtina etməyəcəyik”.
Tahir TAĞIYEV