Rusiya Ukraynanın Lvov şəhərində ABŞ və Avropa ölkələrindən gətirilən silahların saxlandığı mərkəzi vurub.
Bu barədə açıqlama verən Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Lvov şəhərində son 6 gündə ABŞ və Avropa ölkələrindən Ukraynaya gətirilən silahların saxlandığı logistika mərkəzini havadan yüksək dəqiqlikli raketlərlə vurduqlarını iddia edib.
Rusiya hava-kosmik qüvvələrinin havadan atılan yüksək dəqiqlikli raketlərlə bir gündə Ukraynaya məxsus 16 hərbi obyekti məhv etdiyini qeyd edən Konaşenkov, operativ hava bölməsinin 84 hərbi obyekti vurduğunu bildirib.
Konaşenkov bildirib ki, vurulan obyektlər arasında “Toçka-U” taktiki raket başlıqlarının təmiri zavodu, regional müdafiə batalyonunun komanda mərkəzi və silah arsenalı da var.
Tahir TAĞIYEV