Rusiya ordusu Ukraynanın Luqansk vilayətinə bağlı Kreminna şəhərinə daxil olub. Bu barədə Luqansk qubernatoru Sergey Qayday Facebook hesabında məlumat yayıb.
"Ruslar Kreminnaya girdi. Küçə döyüşləri başladı. İnsanların təxliyəsi mümkün deyil" - qubernator yazıb.
Rus ordusunun çoxlu tank və zirehli texnika ilə Kreminnaya daxil olduğunu bildirən Qayday mülki əhalinin şəhərdə sıxışdırıldığını vurğulayıb.
Tahir TAĞIYEV