Dünən Moskva Mariupol şəhərini müdafiə edən Ukrayna qüvvələrinə silahlarını yerə qoyub təslim olmaq üçün vaxt vermişdi. Ancaq Ukrayna qüvvələri silahı yerə qoymaqdan imtina edib.
Günorta saatlarında açıqlama verən Rusiya təslim olmaqdan imtina edən Ukrayna qüvvələrinin məhv ediləcəyini bəyan edib.
Rusiya Müdafiə Nazirliyi bildirir ki, ukraynalı döyüşçülərin olduğu dəmir-polad zavodu istisna olmaqla, Mariupol şəhəri tam nəzarətə götürülüb.
Ukrayna lideri Zelenski şənbə günü axşam çıxışında Ukrayna qüvvələrinin Mariupolun yalnız kiçik bir hissəsinə nəzarət etdiyini etiraf edib və hökumətinin bu qüvvələrlə təmasda olduğunu bildirib.
Tahir TAĞIYEV