Rusiya Ukraynaya aid silah daşıyan hərbi yük təyyarəsini vurub. Bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib.
Konaşenkov, raket bölmələri tərəfindən 274 mövqe, Ukrayna qoşunlarının cəmləşdiyi ərazilərə, 24 nəzarət-buraxılış məntəqəsinə və Ukrayna əsgərlərinin iki yanacaq anbarı da daxil olmaqla 317 hərbi bölgəyə raket zərbələri endirildiyini deyib: “Rusiyanın hava hücumundan müdafiə sistemləri ilə Odessa bölgəsinə Qərb ölkələri tərəfindən göndərilən böyük miqyasda silahın daşınmasını həyata keçirən Ukraynaya məxsus hərbi yük təyyarəsi havada vurulub. Bundan əlavə, Lozovaya və Merri yaşayış məntəqələri üzərində Ukraynaya məxsus 2 pilotsuz uçuş aparatı vurulub. Mariupolun bütün şəhər ərazisi Azov yaraqlılarından, əcnəbi muzdlulardan və Ukrayna qoşunlarından tamamilə təmizlənib. Onların həyatlarını xilas etmək üçün yeganə şansı könüllü olaraq silahlarını yerə qoyub təslim olmaqdır".
Tahir TAĞIYEV