Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) rəhbəri Sergey Narışkin müharibəyə dəstək verməyən ruslara xəbərdarlıq edib.
Narışkin Rusiyanın Ukrayna əməliyyatına dəstək verməyən rusların 1708-ci ildə Poltava döyüşündə rus çarı I Pyotra xəyanət edərək ordusu ilə İsveç kralı XII Karlın tərəfinə keçən və Rus Pravoslav Kilsəsi tərəfindən xaric edilən İvan Mazepanın taleyini yaşayacaqlarını deyib.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi davam edir. Bu günədək müharibədə 6 rus generalı həlak olub.
Mazepa 1708-ci ildə Rusiya ilə İsveç arasında Şimal müharibəsi zamanı I Pyotra xəyanət edib və İsveç kralı XII Karlın tərəfinə keçib. Poltava yaxınlığında XII Karl məğlub olduqdan sonra Osmanlı imperiyasına qaçıb və burada ölüb.
Tahir TAĞIYEV