Ukrayna Silahlı Qüvvələrinin mindən çox dəniz piyadası bu gün Mariupolda təslim olub. Bununla bağlı Çeçenistan rəhbəri Ramzan Kadırov “Telegram” kanalında məlumat paylaşıb.
O, təslim olanlar arasında yüzlərlə yaralının oldugunu bildirib. Onun sözlərinə görə, hazırda "Azovstal"da hələ də tibbi yardım ala bilməyən iki yüzə yaxın yaralı var.
Rusiya Müdafiə Nazirliyi də məlumatı təsdqiləyib. Nazirlikdən bildirilib ki, Mariupolda 162-si zabit olmaqla, 1026 ukraynalı hərbçi təslim olub. Açıqlamada təslim olanların hamısının 36-cı dəniz piyadaları briqadasının hərbçiləri olduğu deyilir. Məlumata görə, 151 yaralıya tibbi xidmət göstərilib, daha sonra isə onlar xəstəxanaya çatdırılıb.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Tahir TAĞIYEV