Ukrayna prezidenti Vladimir Zelenski dünən saxlanan Putinə yaxınlığı ilə tanınan ana müxalifət partiyasının lideri Viktor Medvedçuku rusların əsir aldığı ukraynalılarla dəyişməyi təklif edib.
Zelenski Medvedçukun 48 gün gizlənməyə müvəffəq olduğunu, lakin sonda tutulduğunu deyib: "Rusiya Federasiyasına Medvedçuku rusların əsirliyində olan ukraynalılarla dəyişdirməyi təklif edirəm. Hüquq-mühafizə orqanlarımız və ordumuz da bu ehtimalı nəzərə almalıdır".
Qeyd edək ki, Zelenski Medvedçukun saxlanması ilə bağlı fotolara da paylaşıb. Kremlin sözçüsü Dmitri Peskov isə Zelenskinin paylaşdığı şəkli gördüyünü, lakin bunun real olub-olmamasından əmin olmadıqlarını söyləyib.
Tahir TAĞIYEV