Rusiya prezidenti Vladimir Putinin keçmiş iqtisadi müşaviri Andrey İllarionov bildirib ki, Rusiyanın enerji ticarətinə qarşı “əsl embarqo” Ukraynada müharibəni dayandıra bilər.
A.İllarionov Qərb ölkələrinin Rusiyadan enerji alışını azaldacaqları ilə bağlı bəyanatını Kremlin ciddi qəbul etmədiyini deyib.
İllarionov Qərbin Rusiyadan neft və qaz ixracına güclü embarqo tətbiq edəcəyi təqdirdə Moskvanın Ukraynadakı əməliyyatlarını “bir-iki aya” dayandıracağını iddia edib.
Enerjinin Qərb ölkələrinin əlində ən təsirli vasitələrdən biri olduğunu vurğulayan keçmiş müşavir Putinin iqtisadiyyatdan zərbə vurmağa hazır olduğunu bildirib.
Sərt bəyanatlara baxmayaraq, Avropa hələ də Rusiya qazı və neftini almaqda davam edir. Ötən il enerjidən əldə olunan gəlir Rusiyanın xərclərinin 36 faizini təşkil edib. Bu gəlirin böyük hissəsi Avropa Birliyi ölkələrindən əldə edilib. Birlik ölkələri istehlak edilən qazın 40 faizini, neftin isə 27 faizini Rusiyadan idxal edir.
Bu idxalın böyük hissəsi Almaniyanın payına düşür.
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, Rusiyadan alınan enerjiyə görə hər gün bir milyard avro ödədiklərini söyləyib.
Tahir TAĞIYEV