On minlərlə pakistanlı İslamabadda parlamentdə etimad səsverməsindən sonra vəzifəsindən uzaqlaşdırılan İmran Xana görə etiraz aksiyası keçirib.
İmran Xana dəstək verən pakistanlılar meydanları, prospektləri və küçələri doldurub.
Pakistanın hər yerindən yüz minlərlə insanın qatıldığı nümayişlərdə “Səninləyik kapitan”, “İdxal hökumətə yox”, “Satılmış baş nazir ola bilməz” pankartları qaldırılıb.
Xalq meydanlarda ABŞ əleyhinə də şüarlar səsləndirib.
İmran Xan da sosial media hesabında paylaşdığı paylaşımlarla xalqa dəstəyinə görə təşəkkürünü bildirib.
Toplanan insanların videosunu paylaşan İmran Xan, “Tariximizdə heç vaxt fırıldaqçıların rəhbərlik etdiyi xaricdən gətirilən hökuməti rədd edən bu qədər təbii və bu qədər izdiham olmamışdı” yazıb.
Tahir TAĞIYEV