Belə görünür ki, Rusiyanın fevralın 24-də Ukraynaya müdaxiləsi Avropada tarazlığı tamamilə dəyişəcək. Rusiyanın hücumu Finlandiya və İsveçi NATO ilə əlaqələrini dərinləşdirməyə sövq etdi.
Təxminən 30 min əsgər, yüzlərlə təyyarə və gəminin iştirakı ilə Norveçdə keçirilən NATO təliminə qatılan iki ölkə indi alyansa üzvlüklə bağlı müzakirələr aparır. NATO-nun baş katibi Stoltenberq Finlandiya və İsveçin alyansa daxil olmaq istəsələr, bu istəyin sürətlə yerinə yetiriləcəyini deyib.
Finlandiyanın mayın ilk həftəsində NATO üzvlüyü üçün müraciət edəcəyi iddialarına münasibət bildirən rusiyalı millət vəkili Vladimir Cabarov isə Finlandiyanın bu addımı ilə ölkənin məhvinə yaşıl işıq yandıracağını deyib.
VCabarov Finlandiyanın NATO-ya daxil olmasının “dəhşətli faciə” olacağını deyərək bu ölkəyə təhdidlər yağdırıb. Finlandiyanın NATO-ya üzv olacağı təqdirdə Rusiyanın "qanuni hədəfi" olacağını bildirən deputat deyib ki, Finlandiya bu addımı ilə ölkələrinin məhvini təmin edəcək.
Finlandiyanın Rusiya ilə yaxın ticari və iqtisadi əlaqələri sayəsində uzun illər inkişaf etdiyini iddia edən deputat Cabarov, Finlandiyanın ölkənin məhvi üçün bir kart imzalamasının mümkün görünmədiyini ifadə edib: “Finlandiya bunu qəbul edərsə, böyük strateji səhv edər. Bu qərar bütün Finlandiya xalqı üçün böyük faciə olardı”.
Tahir TAĞIYEV