Xəbər verildiyi kimi Rusiya prezidenti Putin Jirinovskinin dəfn mərasiminə nüvə çantası ilə gəlib. Çanta prezidentin mühafizəçilərindən birinin əlində görünüb.
Çantada Rusiyanın nüvə silahlarını idarə edən sistemin olduğu iddia edilir.
Rusiyanın nüvə çantasının tarixi 1970-ci illərə gedib çıxır. Bu tarixə qədər ölkənin ali baş komandanı hərbi obyektə gələrək nüvə arsenalının işində iştirak edə bilərdi.
Nüvə çantası 1983-cü ildə SSRİ-nin keçmiş müdafiə naziri Dmitri Ustinov və Baş Qərargah rəisi Nikolay Oqarkovun təşəbbüsü ilə sovet alimləri tərəfindən hazırlanıb.
1984-cü ildə keçmiş SSRİ lideri Konstantin Çernenkoya təhvil verilib. Nüvə çantasının hansı özəlliklərə sahib olmasının sirrini 1991-ci il avqust çevrilişinin memarlarından biri olan SSRİ-nin keçmiş müdafiə naziri Dmitri Yazov ifadəsi zamanı açıqlamışdı.
Sirrli çanta ilə bağlı maraqlı hadisə…
Sirli çanta ilə bağlı ən maraqlı hadisə 1996-cı ildə yaşanıb. Keçmiş prezident Boris Yeltsin ürək əməliyyatı zamanı çantanı heç bir dövlət məmuruna etibar etməyib.
Yeltsinin mühafizəsi üzrə direktor müavini Gennadi Zaxarovun sözlərinə görə, Yeltsin əməliyyat olunarkən mühafizəçi əsgərlər əllərində nüvə çantası ilə dəhlizdə onu gözləyibilər.
Yeltsin əməliyyatdan sonra özünə gələn kimi ilk istəyi çantanın ona verilməsi olub.
Tahir TAĞIYEV