Rusiya lideri Putin rus siyasətçisi Vladimir Jirinovskinin dəfn mərasimində iştirak edib. Moskvada keçirilən dəfn mərasimində Putinin gəlişindən əvvəl təhlükəsizlik məqsədilə zalda olanların hamısı təxliyə edilib və və içəri heç kəs buraxılmayıb.
Putinin mühafizəçisinin daşıdığı bir çanta isə xarici mətbuatda geniş müzakirələrə səbəb olub. Mühafizəçilərdən birinin əlində olan çantada Rusiyanın nüvə silahlarını idarə edən sistem olduğu iddia edilir. İngiltərə mətbuatı, Ukraynaya təcavüzün başladığı gündən bəri Putinin nüvə müharibəsi ehtimalına qarşı çantanı yanından ayırmadığını yazıb.
Qeyd edək ki, Putinə rəqib kimi görünən, lakin əslində Putinə çox yaxın olan 75 yaşlı Jirinovski Covid-19-dan vəfat edib.
Tahir TAĞIYEV