Pakistan parlamentdə etimadsızlıq səsverməsi nəticəsində İmran Xan hökuməti vəzifədən kənarlaşdıb.
Parlamentdə keçirilən etimadsızlıq səsverməsində baş nazir İmran Xanın hökumətinə əleyhinə 174 nəfər səs verib. Hökumət parlamentdəki etimadsızlıq səsverməsində 172 səs çoxluğunu əldə edə bilməyib.
Səsvermədən əvvəl parlament sədri Əsəd Kayser və vitse-spiker Qasım Suri istefa verib. Parlamentin iclasını etimadsızlıq səsverməsini dəstəkləyən müxalif Pakistan Müsəlman Liqası-Nəvaz partiyasından olan deputat Ayaz Sadik rəhbərlik edib.
İmran Xan Pakistanda etimadsızlıq səsverməsi ilə vəzifəsindən uzaqlaşdırılan ilk baş nazir olub.
Müxalifətin hökuməti devirmək cəhdinin arxasında ABŞ-ın dayandığına dair ittihamlarını davam etdirən Xan deyib ki, bir neçə ay əvvəl parlament üzvlərindən bir neçəsi ABŞ-ın İslamabaddakı səfirliyinə gedib və orada onlara etimadsızlıq səsverməsinin keçiriləcəyi bildirilib.
Pakistanda kənar qüvvələrin dəstəyi ilə qurulan hökuməti əsla qəbul etməyəcəyini bildirən Xan, aprelin 10-u axşam saatlarında bütün ölkə əhalisini küçələrə çağırıb.
Qeyd edə ki, Konstitusiya Məhkəməsi aprelin 7-də çıxardığı qərarla Baş nazir Xana etimadsızlıq səsverməsinin yolunu açıb.
Tahir TAĞIYEV