Yunanıstan ABŞ-ın "Ukraynaya silah göndərmək" təklifini rədd edib. Yunanıstan mətbuatı yazır ki, danışıqlar aparmaq üçün Afinaya gələn ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Yunanıstanın müdafiə naziri Nikos Panayatopulos ilə görüşüb.
Nuland Afinanın Ukraynaya verdiyi töhfədən məmnunluğunu ifadə edib və Yunanıstanın Ukraynaya əlavə silahlar verməsini təklif edib.
Panayatopoulos isə Yunanıstanın öz müdafiə qabiliyyətini güzəştə gedə bilməyəcəyini deyərək dolayısı ilə Nulandın təklifi rədd edib.