Fransa Prezidenti Emmanuel Makron bəyan edib ki, Rusiya lideri Vladimir Putinlə dialoq aparmağı davam etdirməyi zəruri hesab edir.
"Mən prezident Putinlə Fransa adından həmişə danışdığım üçün öz üzərimə tam məsuliyyət götürürəm... Mən həmişə Rusiya ilə danışıq üçün səy göstərmişəm. Mən həmişə atəşkəs rejiminə nail olunması üçün dialoq aparmışam", — deyə Makron TF1-in efirində,Polşa hökumətinin başçısı Mateuş Mazovetskinin onun ünvanına Putinə mütəmadi zənglərə görə iradları şərh edərkən deyib.