Liman şəhəri Mariupol Ukraynanı işğala başlamasından bu günə qədər Rusiyanın əsas hədəflərinədn biri olub. Davamlı bombardmanlar altında olan Mariupolda 100 mindən çox dinc sakin qida və sudan məhrum olub, şəhərdəki evlərin təqribən 80 faizinin dağıldığı bildirilir.
Rusiya sosial mediasında 267 ukraynalı piyadanın Mariupolda ruslara təslim olduğu iddia edilən görüntülər yayılıb. VK-da paylaşılan videoda ukraynalı əsgərlərin əllərini qaldıraraq rus əsgərlərinə təslim olduğu görünür.
Əgər görüntülər doğrudursa, bu, müharibədəki ən böyük kütləvi təslimiyyət kimi qeydə alınacaq.
Bununla belə, yayılan görüntülər Qərbdə şübhə ilə qarşılanır.
Tahir TAĞIYEV