Putinin rəqibi olan rus oliqarx Mixail Xodorkovski Rusiyanın növbəti hədəfinin Baltikyanı ölkələr Estoniya, Latviya və Litva olacağını iddia edib.
2003-cü ildən Rusiyanın ən varlı adamı olan Mixail Xodorkovski siyasi səbəblərdən Putinlə fikir ayrılığına düşüb. Maliyyə ittihamları ilə üzləşən və 9 il həbs cəzası alan Xodorkovski 2013-cü ildə həbsdən azad edilib.
Putinə qarşı müxalif mövqeyidə dayanan rusiyalı oliqarx CNN International-a Putinin başlatdığı əsl müharibənin Ukrayna ilə deyil, ABŞ və NATO ilə olduğunu söyləyib: “Putin Ukraynada qalib gəldiyinə qərar verərsə, mən çox əminəm ki, Ukrayna müharibəsi son müharibə olmayacaq. Onun növbəti hədəfi Baltikyanı ölkələr olacaq”.
Estoniya, Latviya və Litvanın işğal təhlükəsi altında olduğunu iddia edən rusiyalı oliqarx Xodorkovski bir müddət əvvəl digər rus oliqarxlarını “Putinə qarşı birləşməyə” çağırıb.
Tahir TAĞIYEV