Kremlin sözçüsü Dmitriy Peskov deyib ki, Rusiyanın rubl qərarını genişləndirərək enerjidən başqa digər ixrac edilən məhsullara da tətbiq edəcəyini deyib.
Peskov, Vaşinqton istəsə də istəməsə də, Avropanın gec-tez Rusiya ilə dialoq qurmaq məcburiyyətində qalacağını deyib.
Rusiyaya qarşı tarixin ən geniş sanksiyalarının tətbiq edildiyinə diqqət çəkən Peskov deyib ki, bu, beynəlxalq ödənişlərin onurğa sütunu olan dollar və avroya inamın itməsidir və prosesi getdikcə daha da sürətlənir: “Bu prosesi dayandırmaq olmaz, daha da artacaq”.
Rusiyanın qaz ixracatından əldə edilən gəlirlərə “əl qoyulmaması” üçün rubl ödəmə sisteminə keçdiklərini deyən Peskov, bu sistemin gələcəkdə digər mallara da tətbiq olunacağından şübhə etmədiyini bildirib: “Xarici ticarət əlaqələrimizdə bu, getdikcə daha çox yer tutacaq”.
Peskov vurğulayıb ki, Rusiyanın tam qlobal təcrid olunmasından söhbət gedə bilməz: “Rusiya üçün tam təcriddən söhbət gedə bilməz. Müasir dünyada bu, texnoloji cəhətdən mümkün deyil və dünya Avropadan çox böyükdür. Rusiyanın özü də Avropadan çox böyükdür. Ancaq gec-tez kimlərləsə ABŞ istəsə də, istəməsə də dialoqa getməli olacağıq”.
Peskov bildirib ki, London “cinayətkarlar və oğrular” üçün sığınacaqa çevrilib: “Başqa yerlərdə orada pul oğurlayan pis insanlar son 20 ildir Londonda bir araya gəlirlər. Londonda bu oğrulara hörmət edirlər və onlar da oğurladıqları pulları xərcləyirlər. Həmin şəxslərin deportasiyası üçün bizim hüquq-mühafizə orqanları ilə heç bir əməkdaşlıq etmirlər. Ora cinayətkarlar üçün əsl cənnətdir”.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə Moskvanın ancaq "dost ölkələr"ə ərzaq və taxıl ixrac edəcəyini, bu ölkələrin də ödənişləri rubl və ya milli valyuta ilə edəcəklərini bildirib.
Tahir TAĞIYEV