Ukrayna-Rusiya müharibəsi 39 gündür davam edir. Tərəflər arasında diplomatik təmaslar da davam edir. Ukrayna danışıqların liderlər səviyyəsində görüşün keçirilməsi üçün yetərincə irəlilədiyini və Putin-Zelenski görüşünün İstanbul ya da Ankarada keçirilə biləcəyinin açıqlayıb.
Ancaq Rusiya sülh danışıqlarının liderlər səviyyəsində görüşə qədər irəliləmədiyini deyir. Qeyd edilir ki, Moskvanın Krım və Donbasın statusu ilə bağlı mövqeyi dəyişməyib.
"Sülh müqaviləsi layihəsi yüksək səviyyəli görüşə çıxarılmağa hazır deyil. Bir daha deyirəm: Rusiyanın Krım və Donbasdakı mövqeyi dəyişməyib", - Rusiyanın baş müzakirəçisi Vladimir Medinski deyib.
Bununla belə, Medinski Ukrayna nümayəndə heyəti ilə danışıqların bazar ertəsi davam edəcəyini açıqlayıb.
Tahir TAĞIYEV