Ermənistanın fövqəladə hallar naziri Andranik Piloyan məhkəmənin qərarı ilə həbs edilib.
Trend-in məlumatına görə, A.Piloyan korrupsiyada ittiham olunub.
Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi ölkənin Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxsləri tərəfindən külli miqdarda və xüsusilə külli miqdarda rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda mənimsəmə faktları ilə bağlı faktiki məlumatların daxil olduğunu bildirib.
Cinayət işinin istintaqı zamanı Fövqəladə Hallar Nazirliyinin rəhbəri Andranik Piloyan, onun müşaviri, o cümlədən nazirliyin 10-dan çox əməkdaşı, o cümlədən müxtəlif idarələrin rəhbərləri iştirak edən bu cinayətlərlə bağlı çoxsaylı faktların üstü açılıb.
Piloyan Ermənistan Cinayət Məcəlləsinin “külli miqdarda rüşvət alma” maddəsi ilə ittiham olunur.