ABŞ prezidenti Co Bayden neftin qiymətinin qalxmasına qarşı hərəkətə keçib. Bayden ABŞ-ın neft ehtiyatlarından gündə 1 milyon barrel bazara çıxarılacağını açıqlayıb.
Dünyada qısa müddətdə bu qədər böyük məbləğdə neftin satışa çıxarılmasının tarixdə ilk dəfə yaşandığı bildilir.
ABŞ prezidenti Bayden Co ABŞ-ın strateji ehtiyatlarından qarşıdakı 6 ay ərzində gündəlik 1 milyon barrel neftin bazara çıxarılmasına icazə verdiyini deyib.
Qərardan sonra neftin daha da ucuzlaşacağı gözlənilir
Bayden deyib ki, ailə büdcəmiz, neft qiymətləri, bunların heç biri diktatorun müharibə elan edib-etməməsindən asılı olmamalıdır.
Baydenin sözlərinə görə, qiymətlərin qalxması iki problemdən qaynaqlanır: Birincisi Covid-19, ikincisi Vladimir Putindir. Ölkəmiz naminə, dünya naminə Vladimir Putinə dərhal cavab verməliyik.
Özəl şirkətlərin qazanması ilə bağlı heç bir problem görmürəm, lakin heç bir ABŞ şirkəti pandemiyadan və ya Vladimir Putinin hərəkətlərindən istifadə etməməlidir."
Tahir TAĞIYEV