Ukrayna xüsusilə NATO-ya üzvlüklə bağlı çox israrlı mövqe nümayiş etdirmir. Əslində, Ukraynanın Avropa Birliyi məsələsində çox israrlı olacağını düşünmürəm.
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistandan səfərdən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu prosesdə bəziləri istisna olmaqla, Avropa İttifaqına üzv dövlətlər buna ciddi yanaşmadılar.
"Bütün bunlara baxmayaraq, mən cənab Putinin Ukraynanın Avropa Birliyinə daxil olmasına müsbət münasibətini öyrəndim və eşitdim. Təbii ki, bu görüşlər zamanı yekun vəziyyəti öyrənəcəyik. Onunla görüşüm zamanı ondan bunu eşitmək bizə bu istiqamətdə atılacaq addımları daha düzgün qiymətləndirmək imkanı verəcək.
Biz Ukraynanın təhlükəsizliyinə təminat vermək baxımından qarant ölkələrdən biri ola bilərik, buna prinsip kimi baxırıq, lakin təbii ki, bunun təfərrüatlarına aydınlıq gətirilməlidir", - deyə R.T.Ərdoğan vurğulayıb.