İstanbulda keçirilən son sülh danışıqlarından sonra açıqlama verən Kremlin sözçüsü Peskov Krım məsələsini müzakirə etməyəcəklərini bəyan edib.
Peskov deyib ki, Krım Rusiyanın bir hissəsidir: “Heç kimin Rusiya bölgələrinin taleyi ilə bağlı müzakirə açmağa haqqı yoxdur".
Ukrayna ilə danışıqlarda ciddi bir irəliləyişin olmadığını deyən Peskov, Ukraynanın münaqişəyə son qoyulması tələblərini yazılı şəkildə bəyan etməsini müsbət qarşıladıqlarını bildirib.
Atəşkəs məsələsinə gəlincə, Peskov bunun üçün hələ “çox tez olduğunu” deyib.
Tahir TAĞIYEV