Rusiya Müdafiə Nazirliyi Ukraynanın ən mühüm silahlı qruplarından biri olan Azov batalyonunun komandirlərini təxliyə etmək göndərilən Mi-8 tipli helikopteri vurduqlarını açıqlayıb.
Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib ki, Azov dənizinin sahil zolağından 5 kilometr aralıda, Mariupol vilayətində Azov batalyonunun komandirlərinin təcili təxliyəsi üçün gedən Mi-8 tipli helikopteri vurulub.
Bundan başqa, Çarnobaevka kəndi yaxınlığında Ukraynaya məxsus bir pilotsuz uçuş aparatı da vurulub.
Tahir TAĞIYEV