Ukraynada yeddi generalını itirən Rusiya ordusunun Baqira kod adlı məşhur snayperi sağ yaxalanıb.
Təkcə 40 nəfəri öldürən rus snayperi döyüş meydanında tərk edilib. Əsl adı İrina Starikova olan, lakin Baqira adı ilə çağırılan qadın snayper, onu tutanlara Ukrayna əsgərləri ilə döyüşdə yaralandıqdan sonra ölümə buraxıldığını deyib. Starikova 2014-cü ildən hökumətə qarşı döyüşən Ukraynanın şərqindəki separatçı Donetsk vilayətinin qüvvələrində xidmət edib. Snayperin tutulması barədə Ukrayna silahlı qüvvələri məlumat yayıb.
Starikovanın tutulmasını London Kral Kollecinin Müharibə Araşdırmaları Departamentinin tədqiqatçısı Giorgi Revişvili də təsdiqləyib. Revişvili əlavə edib ki, snayper qadın “mülki vətəndaşlar da daxil olmaqla 40 ukraynalını öldürüb. Məlumatlara görə, Starikova serb əsillidir və 2014-cü ildən ukraynalılar tərəfindən axtarışa verilib.
Onun 11-ci Xüsusi Əməliyyat Diviziyasında snayper olduğu iddia edilir.
Bəzi məlumatlarda hətta snayperin həyatının bir dönəmində rahibə olduğu iddia edilir.
Tahir TAĞIYEV