Rusiya prezidenti Vladimir Putinin müəllimi kimi də tanınan Aleksandr Duqin maraqlı açıqlamalar verib. “Əl-Cəzirə” telekanalına danışan rusiyalı politoloq bildirib ki, Rusiya Ukrayna ilə müharibədə qalib gəlməyə məcburdur.
Duqin, əks halda Rusiyanın xəritədən silinə biləcəyini vurğulayıb. Politoloq deyib ki, lazım gələrsə, Rusiya ordusu nüvə silahından istifadə etməlidir.
"Bu hərbi əməliyyat bizim üçün varlıq və yoxluq məsələsidir. Ya var olacağıq, ya da məhv olacağıq. Hazırda hər şey bərbad vəziyyətdədir. Məğlubiyyət ehtimalını düşünmürük. Çünki bu, ola bilməz. Bu olsa, nə Putin, nə Rusiya, nə də bildiyim qədər dünya olmayacaq. Çünki biz hər şeyi risqə atdıq. Ona görə də NATO tərəfindən nüvə hücumuna məruz qalsaq və ya müharibəyə müdaxilə etsələr, cənab Putinin nüvə variantı ilə bağlı dediklərinə qulaq asmaq gərəkir. Çünki meydanda eyni dərəcədə cavab veriləcək. Bu əməliyyatın “son nəfəsimizə qədər davam eməsi” qərarı çoxdan verilib və qalib gəlməkdən başqa seçimimiz yoxdur" - Aleksandr Duqin deyib.
Tahir TAĞIYEV